Türkiyə Suriya ilə sərhəddə divar hörür

Türkiyə Suriya ilə sərhəddə divar hörür backend

Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəd xəttinə 35 kilometr uzunluğunda beton divar hörülüb.

Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, 3 metr hündürlükdə olan beton divarların aprel ayında tamamlanacağı və ümumi uzunluğunun 72 kilometr olacağı gözlənilir.

Beton blokların hər birinin 7 ton olduğu bildirilib. Eyni zamanda divarların üzərinə məftil tellər də çəkilib.

Zirehli texnikaların 24 saat boyunca ətrafda təhlükəsizliyi qoruyacağı da qeyd edilib.