Suriya ilə İraqlın sərhədindəki Haseki əyalətinin cənub-şərqində yerləşən Əl-Hol rayonunda Rusiya hərbi təyyarələri səhvən YPG kürd terror təşkilatının düşərgələrini bombalayıb.
Xatırladaq ki, YPG - PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi törəməsidir.Qaziler.az-ın məlumatına görə, Virtualaz.org saytı «Rosbalt» agentliyinə istinadən xəbər verir ki, rusiyalı pilota yanlış koordinatlar verilib və o, YPG-nin vacib mənzil-qərargahının yerləşdiyi ərazini bombalayıb. Məlumatda bildirilir ki, Rusiya bu bombardmanın nəticələrini kompensasiya etmək üçün zəruri olan hər şeyi etməyə hazırdır.
Bəzi mənbələrə əsasən, kürd təşkilatı canlı qüvvədə və ciddi maddi itkilərlə üzləşib.