Fevralın 27-də Suriyada atəşkəs rejimi tətbiq ediləcək

Fevralın 27-də Suriyada atəşkəs rejimi tətbiq ediləcək backend

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.

Qaziler.az bildirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və “Cəbhət ən-Nüsrə” qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.