Boliviya xalqı prezidentin ard-arda 4-cü dəfə seçkidə işirak etməsini dəstəkləyən referenduma “yox” deyib. Axar.az xəbər verir ki, səsvermə 3-cü prezidentlik dövrünü keçirən 56 yaşlı Evo Moralesin istəyi ilə baş tutub.
Seçkilərdə iştirak edənlərin 52%-i referendumun əleyhinə səs verib.Xatırladaq ki, 2013-cü ildə keçirilən referendum ilə prezidentin 3-cü dəfə seçkilərdə iştirakı reallaşmışdı. Bir il sonra Morales keçirilən prezident seçkisində 62% səslə qalib gəlmişdi.
Moralesin səlahiyyət müddəti 2020-ci ildə başa çatacaq.