Kürdlər Suriyada pulla torpaq alır

Kürdlər Suriyada pulla torpaq alır backend

ABŞ-ın Suriyada hərbi yardım etdiyi silahlı qruplar öz aralarında döyüşür. Axar.az xəbər verir ki, bu barədə Sultan Murad diviziyasının komandiri Əhməd Osman məlumat verib.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dəstəklənən diviziya komandiri kürdlərin göndərilən silahlardan təyinatı üzrə istifadə etmədiyini bildirib:

“Bu, çox qəribədir, anlaya bilmirəm. Amerikalılar YPG-ni dayandırmalıdır. Kürdlər ABŞ-dan dəstək alan Şimal Fırtınası, Mücahid Ordusu və Dəməşqlilər Cəbhəsi ilə döyüşür”.

Adını açıqlamayan türkiyəli səlahiyyətli isə YPG-nin pul qarşılığında ABŞ-ın dəstək verdiyi silahlı qruplaşmalardan torpaq aldığını iddia edib.