Rusiyanın Müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Tehrana səfər edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ria Novosti” agentliyi Tehrandakı Rusiya səfirliyinə istinadən məlumat yayıb.Şoyqu səfəri zamanı İran Prezident Həsən Ruhani ilə görüşüb. Səfərin detalları barədə isə məlumat verilməyib.
Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqan bir neçə gün öncə Rusiyada səfərdə olub.