Əsəddən Türkiyə və Səudiyyəyə sərt xəbərdarlıq

Əsəddən Türkiyə və Səudiyyəyə sərt xəbərdarlıq backend

Əgər Türkiyə və Səudiyyə Ərəbistanı öz hərbçilərini Suriyaya göndərərsə, biz onlara qarşı terrorçular kimi davranacağıq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

“Əgər bu baş verərsə, biz onlara terrorçu münasibəti göstərəcəyik. Biz öz ölkəmizi müdafiə edəcəyik. İstər siyasi, istər hərbi olsun, heç kimin Suriyaya müdaxilə etmək haqqı yoxdur. Bu, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Suriya vətəndaşı kimi bizim üçün tək şans isə vətənimizi müdafiə etməkdir”, - Əsəd bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Suriyada İŞİD-ə qarşı quru əməliyyatları aparmaq üçün ABŞ liderliyindəki koalisiyaya müraciət edib.