Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırıb

Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırıb backend

Florida ştatının sabiq qubernatoru Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib.

Qaziler.az bildirir ki, APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib.

Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.