Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov fevralın 19-da 1485 məhbusu əfv edib.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, fərman Milli Bayraq Günü münasibəti ilə verilib.Bu barədə Türkmənistanın rəsmi informasiya agentliyi məlumat yayıb.
Fevralın 19-da Türkmənistanda Milli Bayraq Günü qeyd olunur.
Berdıməhəmmədovun son əfv fərmanı ötən ilin oktyabrında olub.
Oktyabrın 27-i, müstəqillik günü münasibəti ilə imzalanmış həmin fərmanla 1020 məhbus əfv olunmuşdu.