Nazarbayevin prezident seçkilərinə namizədliyi irəli sürüldü

Nazarbayevin prezident seçkilərinə namizədliyi irəli sürüldü backend

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək. Bu barədə Trend “Novosti Kazaxstan” saytına istinadən xəbər verir.

Nazarbayev bildirib ki, onun aprelin 26-da növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı xalqın təşəbbüsünə cavab idi: "Mən namizədliyimi irəli sürməkdə sizinlə yalnız ona görə razılaşıram ki, qarşıda duran çətin tapşırıqları həll edək".

“Nur Otan” Partiyası bu gün hazırki Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsinin lehinə səs verib.

Səsvermənin nəticələrini partiya sədrinin birinci müavini Baurjan Baybek elan edib: ““Nur Otan” Partiyasının 16-cı qurultayının yekdil qərarına əsasən, Nursultan Nazarbayevin prezidentliyə namizədliyi irəli sürüləcək”.

Qurultayda 1200-də çox nümayəndə iştirak edib.

Qeyd edək ki, N. Nazarbayev 1991-ci ildən Qazaxıstan prezidenti vəzifəsini tutur. Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 26-a təyin olunub.
Diaspora