Erməni terrorçu, Qarabağ müharibəsində soydaşlarımıza qarşı bir sıra terror aktlarının və qəddarlıqların müəllifi Monte Melkonyanın homoseksual olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, Ermənistandakı müharibə veteranları, Melkonyanın döyüş yoldaşları onun kişi sevgilisinin olduğunu bildiriblər.Danılmaz faktlarla üzləşmiş ermənilər bunu özləri də etiraf etməyə başlayıblar. Faktlar o qədər çox və inandırıcıdır ki, son günlər erməni gəncləri sosial şəbəkələrdə qəddar terrorçu Monte Melkonyanın mavi olması haqda müzakirlər aparırlar. Erməni gənclərinin bir çoxu Melkonyanın homoseksual olması haqda faktlardan sarsıldıqlarını, bəziləri isə buna təəccübləndiklərini bildirirlər.
Erməni araşdırmaçılarının, Qarabağ müharibəsi veteranlarının və Melkonyanın indi ölkə sərhədlərindən xaricdə yaşayan döyüşçü yoldaşlarının etirafları ilə tanış olan ermənilər sosial şəbəkələrdə statuslar yazaraq Montenin sevgilisi olmuş şəxsin uzun illər onun yanında qaldığını etiraf edirlər. Onlar bildirirlər ki, gündüzlər döyüşən Melkonyan gecələr “qadın” olurmuş.
Qeyd edək ki, Melkonyan Parisdə türklərə qarşı bir neçə dəfə terror aktları və hücum təşkil edib. Ötən əsrin 90-cı illərində Ermənistana gəlmiş terrorçu Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrinin birinin komandiri olub və 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndi yaxınlığında döyüşçülərimiz tərəfindən məhv edilib.

_1455912960.jpg)
