Liviya: ABŞ təyyarələrindən İŞİD düşərgəsinə zərbələr endirilib

Liviya: ABŞ təyyarələrindən İŞİD düşərgəsinə zərbələr endirilib backend

ABŞ özünü "Liviyada İslam Dövləti" adlandıran qruplaşmaya qarşı aviahücum həyata keçirib. Hava zərbələri nəticəsində ən azı 38 nəfərin öldürüldüyü bildirilir.

Qaziler.az BBC-ə istinadən xəbər verir ki, hədəflər arasında, İŞİD-ın təlim bazası və yüksək rütbəli tunisli cihadçının olduğu bildirilir.

Nürəddin Şüşaninin adı ötən il Tunisdə baş verən iki hücumla bağlı hallandırılıb. Bu basqınlardan birində 30 britaniyalı həyatını itirib.

İD Liviyada bir ilə yaxındır ki, fəaliyyət göstərir. ABŞ birləşmə sıralarında 6 min döyüşçünün olduğunu deyir.
Müəmmər Qəddafinin devrilməsindən sonra ötən 4 il ərzində zorakılığa qərq olmuş Liviya müxtəlif qrupların münaqişə səhnəsinə çevrilib.
Paytaxt Tripolidən qərbə doğru yerləşən Sabratanın meri şəhər mərkəzindəki binalardan birinin hava zərbəsinə məruz qaldığını bildirib.
O, hava hücumunda 41 nəfərin öldüyünü deyib və ölənlərin əksəriyyətinin tunisli olduğunu qeyd edib.
Ötən həftə ABŞ Müdafiə naziri deyib ki, hərbiyyə Liviyadakı cihadçılara qarşı hücumlarını davam etdirəcək.
"Biz həmişə təkbaşına hərəkət etmək imkanını açıq saxlayırıq”, - Ash Carter BBC-ə bildirib.