İsrailin baş naziri əsir olan hərbçilərin qaytarılması üçün hərəkətə keçib. Axar.az xəbər verir ki, Binyamin Netanyahu HƏMAS-ın silahlı qruplaşması olan İzzəddin əl-Qəssam briqadasının girovluğundakı yəhudiləri qurtarmağa çalışır.
Yəhudi baş nazir bu məqsədlə Almaniya kansleri Angela Merkeldən yardım istəyib. Almaniyanın daha əvvəl bənzər bir hadisədə İsrailə kömək etdiyi qeyd olunur. HƏMAS-a yaxın qaynaqlar isə İsraillə bu məsələdə danışıqlar olmadığını bildirib.
Xatırladaq ki, 2014-cü ilin avqustunda İsrailin iki hərbçisi HƏMAS tərəfindən öldürülüb.