İsveç Krallığının paytaxtı Stokholm yaxınlığındakı Türk Mədəniyyət Mərkəzi binasında partlayış baş verib. Axar.az Dagens-ə istinadən xəbər verir ki, partlayış Stokholmun cənub-şərqində, yerli vaxtla 21.35-də olub.
Mədəniyyət Mərkəzinin rəhbərinin verdiyi məlumata görə, partlayışın binada yerləşdirilən partlayıcı vasitəsilə törədildiyi ehtimalı böyükdür.
İnsidentin dəqiq səbəbi, partlayışın terakt olub-olmaması və ölənlər haqda dəqiq məlumat verilmir.