ABŞ Rusiya hökumətinə maliyyə yardımını dayandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki açıqlama verib. O deyib ki, biz ortaq maraq kəsb edən məsələlərdə Rusiya hökuməti ilə təmasımız davam edir, amma bizim xarici yardım büdcəsi üzrə siyahıda Rusiya yer almır. Nüvə silahının yayılmaması da daxil olmaqla, bəzi mühüm proqramlar maliyyələşdiriləcək, ancaq, bu, hökumətə göstərilən yardım demək deyil.
Onun sözlərinə görə, Dövlət Departamenti professional mübadilə proqramına vəsait ayrılmasını da dayandırmayıb, çünki burada söhbət Rusiya hökumətindən yox, konkret namizədlərdən gedir.Xatırladaq ki, ABŞ Rusiyadan başqa 50-dək ölkəyə uzunmüddətlıi maliyyə yardımı göstərir. Birləşmiş Ştatlar son 20 ildə beş keçmiş sovet respublikasına 2 milyard dollardan çox yardım verib. Rusiya 2011-ci ildə ABŞ-dan 186 milyon, 2012-ci ildə 100 milyon, 2013-cü ildə cəmi 20 milyon dollar yardım alıb. Lakin 2014-cü ildən bütün yardımlar dayandırılıb.