Tayvanda 5,0 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09:09-da qeydə alınan yeraltı təkanların episentri adanın cənub-şərqində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.Xatırladaq ki, fevralın 5-də Tayvanın cənubunda baş vermiş zəlzələ nəticəsində 116 nəfər həyatını itirib.