Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib.Bildirilir ki, partlayış hərbi maşın olduğu ərazidə baş verib. Ehtimal edilir ki, hərbi şəhərciyə hücum terror hadisəsidir. Çox sayda vətəndaşın yaralandığı qeyd olunur.
Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri yaralılara kömək edir.
Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayışla bağlı açıqlama verib. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.