Türkiyə kəşfiyyatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi imkanları barədə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, bu barədə “Haber7” qəzeti MİT-dəki mənbəyə istinadən xəbər verir.Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq aeroportlarında terror aktları törətməyə hazırlaşırlar. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub.
Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.