Ermənilər qondarma soyqırımla bağlı daha bir addım atmağa hazırlaşır. Türkiyənin "Hürriyət" qəzetinin verdiyi məlumata görə, diaspora indi də Hollivudun tanınmış simaları ilə birlikdə soyqırımların qarşısının alınması üçün 2016-cı ildən etibarən Aurora Oyanana İnsanlıq mükafatı verməyə hazırlaşır. Ermənilər qondarma soyqırımı ilə bağlı 1 milyon dollarlıq ilk mükafatlarını gələn il aprelin 24-də vermək niyyətindədirlər.
Ermənilər yalanlarla dolu bu iddialarına tanınmış ulduzları da ortaq etmək istəyirlər. Mükafatın münsiflər heyətində Corc Kluni, Nobel sülh mükafatının sahibləri Elie Uiesel, Oskar Arias, BMT-nin keçmiş insan haqları komissarı Meri Robinson, BMT-nin soyqırımlarının qarşısının alınması üzrə müşaviri Qaret Evans və başqaları var.Dünyaya öz yalanlarını yaymaq üçün hazırlanan mükafatın ilk təqdimatı gələn il İrəvanda baş tutmalıdır. Sahibi onu Corc Klunin əlindən alacaq.
Bu işin təsisçiləri arasında Rusiyanın erməni əsilli sərmayəçilərindən olan Ruben Vardanyan da yer alır. O, Kluni, Mett Deymon, Bred Pitt və sairə Hollivud ulduzlarının qurucuları arasında olduğu "Not On Our Watch" adlı ictimai təşkilatla işbirliyi edir.