ABŞ Prezidenti Barak Obama Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlara münasibət bildirib. Axr.az xəbər verir ki, Ağ Ev rəhbəri Rusiyanın güclü orduya malik olduğunu, lakin Əsədə dəstək verməklə heç nə qazanmayacağını deyib:
“Rusiyanın böyük ordusu var. Bir ovuc müxalif təbii ki, dünyanın ən böyük ikinci ordusunun silahları ilə bacara bilməz. Rusiya özünü bir bataqlığa salacaq demişdik və dəqiq əmin olun, bu olacaq. Rusiya bəzi irəliləyişlər əldə etdiyi üçün Suriyada müharibənin bitəcəyini düşünənlər varsa, bunu deyim: ölkənin dörddə üçü hələ də Əsədin nəzarətində deyil. Bu yaxın zamanda da bitməyəcək. Putin Rusiya ordusu ilə Suriyaya investisiya qoyduğunu düşünə bilər. Amma bu, baha başa gələcək. Rusiya iqtisadiyyatının vəziyyətinə baxdığınızda bu ehtimalla yaxşı heç nə görünmür. Bu sualı verməlisiniz: Rusiya tamamilə məhv edilmiş və dəstəkləmək üçün milyardlarla dollar xərcləməsi lazım olan bir ölkəni müttəfiq saxlamaqla nə qazanacaq?