BMT-nin sabiq baş katibi Butros Butros-Qali vəfat edib

BMT-nin sabiq baş katibi Butros Butros-Qali vəfat edib backend

BMT-nin sabiq baş katibi Butros Butros-Qali 94 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasına Venesuelanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının prezidenti Rafael Dario Ramires bildirib.

Butros Butros-Qalinin ölüm səbəbi hələlik məlum deyil.

BMT-nin sabiq baş katibinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.