Türkiyənin Sivas şəhərində qadınlar üçün yeni taksi xidməti fəaliyyətə başlayıb.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, “Çəhrayı taksi” adlanan yeni xidmətin əsas özəlliyi, kişi sürücülərlə eyni nəqliyyat vasitəsinə əyləşmək istəməyən qadınları mənzil başına elə öz həmcinslərinin çatdırmasıdır.Xidməti istifadəyə verən şirkət rəhbərinin sözlərinə görə, sürücüsü kişi olan taksilərə minməkdən imtina edən qadınların sayı getdikcə artır. Buna görə də qadın taksilərin fəaliyyətinə ehtiyac yarandığını deyən şirkət rəhbəri, bundan sonra xanım müştərilərin rahatlıqla mənzil başına gedə biləcəyini deyir. Qadınlar üçün nəzərdə tutulan taksilərin xanım sürücüləri də layihənin uğurlu olacağına ümid edirlər.
Hələlik məhdud sayda olsa da gələcəkdə bu taksilərin sayının artırılacağı bildirilir.Hətta yaxın zamanlarda yalnız qadınlar üçün nəzərdə tutulan avtobusların da xəttə buraxılacağı gözlənilir.