“Reuters” agentliyi Türkiyənin Suriyaya ordu yeridəcəyi barədə iddia irəli sürüb. Lent.azın agentliyə istinadən xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, hazırda müttəfiqlərlə bu barədə müzakirə aparılır. Nazirlik rəsmisi belə deyib: “Suriyada quru əməliyyatlarını koalisiya üzvləri ilə müzakirə edirik. Suriyaya tək girmək istəmirik”.
Agentliyin digər bir xəbərində isə bildirilir ki, bu ayın sonuna qədər Səudiyyə Ərəbistanına məxsus 15 qırıcı Türkiyənin “İncirlik” hərbi aeroportuna gələcək.