İran dünyanın 9 ölkəsi istisna olmaqla digərlərinə turist vizaları verəcəyini açıqlayıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, göstərilən 9 ölkə arasında ABŞ və Böyük Britaniyanın da adları var.
Rəsmi Tehran tam siyahının bu yaxınlarda açıqlanacağını bildirib. İran XİN-dən bu addımın ölkənin turizm biznesinin inkişaf etdirilməsi məqsədilə atıldığı deyilir.Bu arada İranın xarici işlər naziri Cavad Zərif Brüsselə gedib. Diplomat bildirib ki, ölkəsi Avropa İttifaqı ilə əməkdaşlığa hazırdır. Cavad Zərif Belçika paytaxtında Avropa İttifaqının diplomatiya idarəsinin rəhbəri Federiko Mogerini ilə görüşüb. Nazir avropalı həmkarını Tehrana səfərə dəvət edib.
Bu gün isə Zərif Avropa Parlamentinin sədri Martin Şultsla bir araya gələcək. Onun Avroparlamentin Xarici siyasət komitəsində çıxışı da gözlənilir.