Rusiya təyyarələri Hələbi belə bombaladı - BOMBARDMAN GÖRÜNTÜLƏRİ

Rusiya təyyarələri Hələbi belə bombaladı - BOMBARDMAN GÖRÜNTÜLƏRİ backend

Rusiyaya məxsus təyyarələrin Suriyanın Hələb şəhərini bombalamasının görüntüləri yayılıb. APA TV-nin xəbərinə görə, partlayış anları saniyə-saniyə görünür. Görüntülər dünən Hələbin Haritan bölgəsində çəkilib. Əsəd ordusunun Hələbə hücumlarına hava hücumları ilə dəstək verən Rusiya təyyarələrinin şəhərə yağdırdığı kaset bombaları mülki binaların arasında partlayır. Bu hücumlarda nə qədər insanın öldüyü bilinmir.


BMT dünən Suriyada 5 xəstəxana və iki məktəbin vurulması nəticəsində 50-yə yaxın insanın öldüyünü açıqlayıb.