YPG Türkiyənin 24 kilometrliyində

YPG Türkiyənin 24 kilometrliyində backend

YPG qüvvələri Suriya Demokratik Qüvvələrinin dəstəyi ilə Türkiyə sərhədindən 24 kilometr məsafədə yerləşən Tel Rıfat qəsəbəsini ələ keçirib. Axar.az BBC-yə istinadən xəbər verir ki, olduqca mühüm starteji məntəqə olan Tel-Rıfata hücum Türkiyə Silahlı Qüvvələrinin bombardmanından sonra sürətlənib.

Tel-Rıfatdan sonra Türkiyə arasındakı son yaşayış yeri Azez qəsəbəsidir.

Xatırladaq ki, dünən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azez qəsəbəsinin YPG tərəfindən işğalına imkan verməyəcəklərini açıqlayıb.