Krım-tatar xalqının məclisi ekstremist təşkilat kimi tanına bilər

Krım-tatar xalqının məclisi ekstremist təşkilat kimi tanına bilər backend

Krım prokuroru Natalya Poklonskaya məhkəmə yolu ilə Krım-tatar xalqının məclisinin ekstremist təşkilat kimi tanınmasına çalışır.

Qaziler.az bildirir ki, Virtualaz.org Rusiya mətbuatına istinadla bildirir ki, qadın prokuror Məclisin fəaliyyətinin Rusiyada qadağan olunmasını istəyir.

«Mən Krım Respublikasının Ali məhkəməsinə ərizə ilə müraciət etmişəm ki, «Krim-tatar xalqının məclisi» ictimai birliyi ekstremist təşkilat kimi tanınsın və Rusiya ərazisində onun fəaliyyəti qadağan edilsin», - Poklonskaya belə deyib.

Onun sözlərinə görə, prokurorluğun əlində Məclisin liderlərinin Rusiya dövlətinin əleyhinə ekstremist fəaliyyət göstərmələri barədə faktlar var.

Natalya Poklonskaya sözlərinə əlavə edib: «Prokurorluğa mindən artıq krım tatarını təmsil edən ictimai təşkilatlardan, Krım yarımadasının krım-tatar əhalisindən müraciətlər daxil olur və bu müraciətlərdə Məclisin fəaliyyətinin qanuna zidd və təxribatçı kimi tanınması xahiş olunur».