Rusiya xəstəxananı bombaladı - 37 ölü

Rusiya xəstəxananı bombaladı - 37 ölü backend

Rusiya qırıcıları Suriyanın İdlib şəhərinin Maarat ən-Numan qəsəbəsinə hava zərbələri endirib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, müxaliflərin nəzarətindəki qəsəbəyə hücumlar zamanı 37 mülki şəxs ölüb, 60-ı isə yaralanıb.

Əraziyə dörd bomba atılıb. Bombalardan birinin xəstəxanaya düşdüyü ehtimal edilir.

Dağıntılar altında qalanların axtarışlarına başlanılıb.

Qeyd edək ki, Maarat ən-Numan qəsəbəsi Türkiyə sərhədindən 45 kilometr uzaqlıqda yerləşir.