8 min ABŞ hərbçisi Suriyaya göndərildi

8 min ABŞ hərbçisi Suriyaya göndərildi backend

ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqurkun Suriya səfərindən sonra sensasion məlumatlar yayılıb. Axar.az Mehmetcik TV-yə istinadən xəbər verir ki, Vaşinqtonun kürdlərə yardımı çərçivəsində 8 min hərbçi Suriyaya göndərilib.


Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata görə, PKK-nın Suriyadakı hərbi qanadı PYD sıralarında təkcə ABŞ-dan 8 min hərbçi döyüşür. Bu əsgərlərin çoxunun ABŞ əsilli və ya ABŞ ordusunda xidmət etmiş peşəkar hərbçi olduğu təsbit edilib.

ABŞ-dan başqa İngiltərə, Fransa və İsrail hərbçilərinin də PYD sıralarında döyüşdüyü aydınlaşıb.

ABŞ hərbçilərindən snayper təlimi alan PYD qüvvələri isə Türkiyənin Sur və Cizrə rayonlarına göndərilib.

Son günlərdə Diyarbəkirdə keçirilən anti-terror əməliyyatlarında zərərsizləşdirilən snayper qüvvələrinə məhz ABŞ tərəfindən yüksək təlim verildiyi təxmin edilir.