“Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir“ - Davudoğlu

“Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir“ - Davudoğlu backend

"Türkiyə Krımı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir". APA-nın "112.ua" saytına istiandən verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Arseni Yatsenyukla görüşdə deyib. "Ukraynanın ərazi bütövlüyü və müstəqlliyi bizim üçün təməl dəyərdir, ona görə biz Krımı Ukraynanın tərkib hissəsi sayırıq və Sovet İttifaqının dağılmasından sonra üzləşdiyi çətinliklərin həllində Ukraynanı dəstəkləyirik", - deyə Ə. Davudoğlu söyləyib.


Baş nazir Ukrayna ilə Türkiyə arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalamağa hazır olduqlarını da bildirib: "Biz Ukrayna ilə münaqibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırıq".