İranın Müdafiə naziri Hüseyn Dehqan bu gün Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran mətbuatı yayıb. Dehqanla bərabər, İranın bir sıra yüksək vəzifəli şəxsləri də Moskvaya gedəcəklər. Səfər zamanı Hüseyn Dehqan Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.Bundan öncə Rusiya Müdafiə naziri Şoyqu suriyalı həmkarı ilə görüşmüşdü.