Şimali Koreya Cənubi Koreyaya “spam” hücumları təşkil edib

Şimali Koreya Cənubi Koreyaya “spam” hücumları təşkil edib backend

Koreya Respublikasının polis şefi Kan Sin Men ötən ay dövlət orqanlarının elektron ünvanlarına spam hücumlarında Koreya Xalq Demokratik Respublikasını ittiham edib.


İKT.lent.az-ın “yonhapnews.co.kr” saytına istinadən verdiyi xəbərə görə, K. S. Men kiber hücumun Şimali Koreya hakerləri tərəfindən həyata keçirildiyini söyləyib. “Spam”lar Cənubi Koreya prezident administrasiyası, XİN və milli birlik məsələləri üzrə nazirliyin saytlarında problem yaradıb.

Hücumlardan sonra Cənubi Koreya rəhbərliyi informasiya təhlükəsizliyinin səviyyəsini yüksəltməyi qərara alıb. “İnfoCon” sistemində təhlükəsizlik səviyyəsi 4-cü pillədən 3-cü pilləyə yüksəldilib.