Azyaşlılar buzlu suda yuyunur

Azyaşlılar buzlu suda yuyunur backend

"Soyuqdan özünü qoru, qalın geyin". Yəqin ki, bu ifadələri valideynlərdən dəfələrlə eşitmisiz.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən baxçalardan biri qəribə adəti ilə diqqət çəkir. Burda uşaqları nəinki soyuqdan qoruyurlar, əksinə soyuğa verirlər. Amma bu addım onların sağlamlığı naminə atılır.

Bağçada 3-6 yaş arası uşaqların yarıçılpaq vəziyyətdə qarın üzərində yeriməsi tələb olunur. Daha sonra azyaşlılar buzlu suda yuyunur.

Bütün bunlar valideynlərin icazəsi əsasında baş tutur. Bağça nümayəndələri valideynlərdən bununla bağlı icazə alır. Əgər razılıq əldə olunarsa, onların uşaqları ayda bir neçə dəfə oxşar prosedurlardan keçir. Artıq ənənəvi xarakter daşıyan bu hal uşaqların sağlamlığına olduqca müsbət təsir edir.