ABŞ “Belorusneft”ə qarşı sanksiyaları ləğv edib

ABŞ “Belorusneft”ə qarşı sanksiyaları ləğv edib backend

ABŞ Dövlət Departamenti Belarus Respublikasının dövlət neft-kimya şirkəti - “Belorusneft”ə qarşı 4 ildir qüvvədə olan sanksiyaları ləğv edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə qərar ABŞ hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.

Qərarda bildirilir ki, 2015-ci il fevralın 25-dən etibarən sanksiyalar “Belorusneft”ə şamil olunmur. Belə ki, şirkət artıq sanksiyalara düşən fəaliyyətlə məşğul deyil və gələcəkdə də bu cür fəaliyyətlə məşğul olmayacağına dair təminat alınıb.

Qeyd edək ki, Belarus şirkəti İranda “Naftİranİntertrade” şirkəti ilə birlikdə “Cofeir” neft yatağının işlənməsində iştirakı ilə əlaqədar 2011-ci ilin yazında ABŞ-ın sanksiyası ilə üzləşib.
Diaspora