Amerikalı general gedir

Amerikalı general gedir backend

ABŞ hərçiləri Talibanla döyüşdə fəal olmayacaq”.

Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, bunu Əfqanıstandakı ABŞ qüvvələrinin getməkdə olan komandiri General Con Campbell bildirib.

O qeyd edib ki, ötən ilin çətinliyinə baxmayaraq, missiyada dəyişiklik edilməyəcək.

Qeyd edək ki, Əfqanıstandakı ABŞ qüvvələri əsasən Helmand vilayətində yerli qüvvələrə təlim keçməklə məğşuldur.

Campbel Kabulda jurnalistlərə deyib, güman ki, bu onun son mətbuat konfransıdır və martda səlahiyyətlərini leytenant-general John Nicholson-a təhvil verəcək.

General deyib ki, artıq yerli qüvvələr özlərini müdafiə edə bilir, amma ehtiyac olarsa, onlara havadan dəstək göstərilə bilər.

NATO-nun Əfqanıstandakı hərbi missiyası 2014-cü ildə Əfqanıstanda fəaliyyətini başa çatdırandan sonra ölkənin təhlükəsizliyinə nəzarət yerli qüvvələrə keçib.