ABŞ Ali Məhkəməsinin ən mühafizəkar üzvlərindən olan Antonin Scalia həyatını itirib.
Qaziler.az BBC-yə istinadən xəbər verir ki, hakim Scalianın ölümü ABŞ Ali Məhkəməsində qüvvələr nisbətini dəyişə bilər. Belə ki, Prezident Obama beşinci liberal hakimi təyin edə bilər.Məhkəmədə mühafizəkarların 5-4 üstünlüyü Obama administrasiyası üçün iqlim dəyişikliyi və miqrasiya məsələlərində ciddi çətinliklər yaşatmışdı.
79 yaşlı hakim Scalia 1986-cı ildə Prezident Ronald Reagan tərəfindən təyin edilib.
O, şənbə günü Qərbi Texasda ovda olarkən yuxuda ölüb, ABŞ Marşallar Xidmətindən bildirilib.
“Təxminən 30 ildir ki, Hakim Scalia məhkəmədə çox böyük əmək qoyub,” Prezident Obama bildirib və onu “fövqəladə məhkəmə mütəffəkiri” adlandırıb.