NATO hərbi gəmiləri Egey dənizində miqrant axınının qarşısın almaq üçün fəaliyyətə başlayıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Münhen Təhlükəsizlik Konfransındə NATO-nun Avropa Müttəfiq Qüvvələri komandiri general Filip Bridlav jurnalistlərə açıqlamasında deyib.Generalın sözlərinə görə, yaxın vaxtlarda gəmilərin sayı artırılacaq:
“İlkin mərhələdə 5 gəmi xidmət edir. Lakin gəmilərin sayı artırılacaq. Digər alyans ölkələri də dəstək verməyə hazırdır”.
NATO rəsmisi gəmilərinin əldə edəcəkləri məlumatları Türkiyə və Yunanıstan hərbi orqanlarına ötürəcəyini bildirib.