Serbiya Prezidenti Tomislav Nikoliçin martın 9-da Rusiyaya səfəri gözlənilir.
Qaziler.az Azərtac-a istinadən bildirir ki, bu barədə Serbiyanın Rusiyadakı səfiri Slavenko Terziç məlumat verib. Diplomat ikitərəfli əlaqələrə toxunarkən əlavə edib ki, cari ildə Serbiya Avrasiya İqtisadi Birliyi ilə ticarət sazişi imzalamağı planlaşdırır. O deyib: “İqtisadi əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasını istəyirik. Bu baxımdan Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə artıq bir sıra razılaşmalar əldə olunub. Biz Rusiyaya Serbiyanın kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırırıq. Eyni zamanda, Serbiya iqtisadiyyatına yatırılacaq investisiyalarda artım gözləyirik”.Səfər çərçivəsində Serbiya dövlətinin başçısının Rusiya Prezidenti Vladimir Putin və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill ilə görüşü nəzərdə tutulub.