Moskvada üç ticarət mərkəzi evakuasiya edilib

Moskvada üç ticarət mərkəzi evakuasiya edilib backend

Moskvada üç iri ticarət mərkəzinin – Afimall City, Atrium, Belaya Daça – alıcılarını təxliyə ediblər.

Qaziler.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi şəhər idarəsində BBC Rus Xidmətinə deyiblər.

Ticarət mərkəzində olanların hamısını binanı tərk etməyə çağırıblar. Söhbət bir neçə min insandan gedir.

Rusiya agentlikləri evakuasiyanın partlayış təhdidləri ilə bağlı olduğunu deyirlər. Daxili İşlər Nazirliyinin Moskva İdarəsində bu məlumatı BBC Rus Xidmətinə təsdiq və ya təkzib etməkdən imtina ediblər.

Daxil olan məlumatlara görə, təxliyə edilən binanın girəcəyi önündə yanğınsöndürən və “Təcili yardım” xidməti maşınları növbə çəkirlər.