Ukrayna prezidenti Petro Poroşenko Münhen Təhlükəsizlik Konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt çıxış edib.
«Cənab Putin, Ukraynadakı vətəndaş müharibəsi deyil, bu, sizin aqressiyanızdır ki, əsgərləriniz ölkəmə soxulub», - Poroşenko deyib. O, Moskvanı Donbas münaqişəsi ilə bağlı Minsk razılaşmasını yerinə yetirməyə çağırıb.Poroşenkonun sözlərinə görə, söhbət təkcə Ukraynanın yox, Avropanın, bütün dünyanın təhlükəsizliyindən gedir.
Rusiya prezidenti Putin bu il Münhen görüşündə iştirak etmir. Konfransa qatılan Rusiya baş naziri Dmitri Medvedyev Kiyevi Minsk razılaşmasında öz öhdəliyini icra etməməkdə ittiham edib.