Dünən Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda keçirilən hərbi əməliyyat nəticəsində 30 PKK terrorçusu öldürülüb.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb.Məlumatda bildirilir ki, Cizrə rayonunda 7 ayrı-ayrı binada keçirilən əməliyyatdan sonra 30 terrorçunun cəsədi tapılıb.
Bundan başqa, əməliyyat zamanı 5 PKK üzvü tutulub.
Əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat da ələ keçirilib.
Rayonda keçirilən əməliyyat nəticəsində indiyədək ümumilikdə 654 terrorçunun öldürüldüyü bildirilir.