Lavrov: “Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil“

Lavrov: “Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil“ backend

“Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqalo ilə birgə keçirdiyi brifinqdə deyib.

"Sanksiyaları müzakirə etmədik, bu bizim seçimimiz deyil. Avropalı dostlarımızı yola gətirməyə və ya onlardan nəsə xahiş etməyə hazırlaşmırıq. Həyat hər şeyi öz yerinə qoyacaq", - deyə Rusiya XİN başçısı qeyd edib.
Diaspora