Pakistan hərbçiləri Kəraçi şəhərində “Əl-Qaidə” və “Laşkar-e-Cxanqvi” terrorçu qruplaşmalarının 3 rəhbərini və 97 terrorçunu həbs ediblər.
Qaziler.az Azərtac-a istinadən bildirir ki, onların arasında “Əl-Qaidə”nin başçısının müavini Sabir Xan da var.Bu barədə İslamabadda keçirilən mətbuat konfransında general-leytenant Asim Bayva məlumat verib. O bildirib ki, həbs edilən terrorçular 2001-ci il sentyabrın 11-də Nyu-York şəhərində, həmçinin Pakistanda bir sıra terror aktları təşkil etməkdə ittiham olunurlar.