Son günlər Krımda Rusiya Federal Təhlükəsizlik Xidmətinin tatarlara qarşı hücumlarının artırmasına Ukrayna Daxili İşlər Nazirliyi sərt reaksiya göstərib.
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Rusiyanın "sözdə terrorla mübarizə saxtakarlığının" arxasında gizlənərək Krım tatar xalqını yox etmək siyasətinin aparıldığı bildirilib.Açıqlamada Rusiyanın Krım tatarlarına qarşı apardığı hücumlara son verilməsi çağırışı yer alıb. Tatarların ana vətənlərində əsir halına gətirildiyi vurğulanan açıqlamada "Kreml 21-ci yüzillikdə işğal etdiyi Krımda 1930-cu illərin qorxunc Sovet basqısını və 1944-cü ildəki Krım tatarlarının soyqırımını təkrarlayır" ifadəsi işlənib.
Açıqlamada o da bildirilir ki, Rusiya işğal etdiyi yarımadada 11-12 fevralda Krım tatarlarına qarşı yönəlmiş kütləvi qanunsuz axtarışlarla 13 Ukrayna vətəndaşı qanunsuz olaraq həbs edilib.