Rusiya Xarici İşlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan həmkarı Adel əl Cubeyrlə görüşəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat görüşün Münhen konfransı çərçivəsində baş tutacağını bildirib.
Qeyd edək ki, bir qədər öncə Səudiyyə Ərəbistanı Suriyada yerüstü hərbi əməliyyatlara başlayacağını bəyan edib.