Şimali Koreya lideri Kim Çen In ABŞ-ın “Apple” korporasiyasının məhsullarından istifadə edir. İKT.lent.az-ın xəbərinə görə, bunu “kotaku.com” saytının əməkdaşları müəyyənləşdirib. Belə ki, M. Ç. Inın son fotolarının bəzilərində onun masası üzərində “Macbook” və “iMac” olduğu görünür. Belə hal daha öncə - 2013-cü ildə də müşahidə edilib.
Bundan başqa, “Alphabet” prezidentinin qızı Sofi Şmidt Koreya Xalq Demokratik Respublikasının keçmiş rəhbəri Kim Çen İrin də “Apple” məhsullarına üstünlük verdiyini söyləyib. Belə ki, S. Şmidt Kim Çen İrin mavzoleyini ziyarət edərkən onun nümayiş etdirilən şəxsi əşyaları arasında “Macbook Pro 15” də görüb.