Meksika həbsxanalarından birində baş qaldıran üsyan zamanı 50 nəfər həlak olub. APA TV-nin məlumatına görə, hadisə Meksikanın Monterre şəhərində yerləşən "Topo çiko" həbsxanasında baş verib. Yerli KİV-in məlumatına görə, ölənlər arasında məhbuslar və həbsxana nəzarətçiləri var. Qarışıqlıq zamanı bir neçə məhbus həbsxanadan qaça bilib.
Hadisə şahidləri "Topo çiko" həbsxanası ərazisində partlayış eşidib, daha sonra ərazi tüstüyə bürünüb. Həbsxanada insan tələfatı ilə nəticələnən üsyanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Yerli hakimiyyət orqanları olayla bağlı araşdırmalara başlayıb.