İranda yüzlərlə məhbus əfv edildi

İranda yüzlərlə məhbus əfv edildi backend

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi İslam inqilabının 37-ci ildönümü münasibətilə 1059 məhbusu əfv edib.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, mülki, inqilabi və hərbi məhkəmələrin hökmləri ilə həbs olunan bu şəxslərin azad ediulməsi xahişi Ayətullaha, İran Ali Məhkəməsinin sədri Sadiq Amoli Laricani tərəfindən göndərilib. Xamneyi də məhbusların azadlığa çıxması üçün ən gözəl günü məhz inqilabın ildönümünü seçib.

Qeyd edək ki, İranda hər il inqilabın ildönümündə kütləvi əfv fərmanları imzalanır. Ali dini liderin rəhm etdiyi insanlara dövlət əhəmiyyətli cinayətləri törədən şəxslər aid deyil.