NATO ölkələri “İslam Dövləti” qrupu ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya hərbi təyyarələr vermək razılığına gəliblər.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, söhbət radiolokasiya avadanlıqları ilə təhciz olunmuş “AWACS” təyyarələrindən gedir.Bunu fevralın 11-də Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Brüssel görüşüşündə NATO-nun baş katibi Jens Stoltenberg bəyan edib.
Baş katib bunun koalisiyanın gücünü artıracağını bildirib.
Qeyd edək ki, NATO həmçinin fevralın 11-də insan qaçaqçılığı və qanunsuz miqrantlara qarşı mübarizəyə qoşulmaq qərarına gəlib.
Söhbət Egey dənizinə gəmilər göndərmək, patrul xidmətindən gedir.
Qərar Almaniya, Türkiyə və Yunanıstanın sorğusu əsasında qəbul edilib.