Suriyanın Hələb şəhərinin Azez rayonunda yerləşən Minniğ hərbi bazası PYD qüvvələri tərəfindən ələ keçirilib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən hərbi baza Rusiya qırıcılarının dəstəyi ilə PYD-nin nəzarətinə keçib.Bundan əlavə, Rusiya qırıcıları Azez rayonunun ətrafı, Tel Rıfat və Mare bölgələrini də bombardman edib.
Qeyd edək ki, Azez rayonu Türkiyə ilə sərhəddə yerləşir.